RUSİYA

Putin Şimali Koreya ilə Strateji Tərəfdaşlıq Müqaviləsinə dair fərman imzalayıb

Sənəd Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikasında arasında hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi adlanır.
Sputnik
BAKI, 18 iyun - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya ilə Strateji Tərəfdaşlıq Müqaviləsilə bağlı fərman imzalayıb.
Bu barədə Rusiya prezidentinin dəftərxanası məlumat yayıb.
Bildirilib ki, sənəd Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikasında arasında hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi adlanır.
Qeyd edək ki, dünən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, sənəd Putinin Pxenyana səfəri zamanı imzalana bilər və təhlükəsizlik məsələləri də nəzərə alınacaq.