BAKI, 18 iyun - Sputnik. Ermənistanın Geqarkunik rayonunda delimitasiya və demarkasiya işləri yaxın vaxtlarda başlayacaq.
Ermənistanın “Joqovurd” qəzeti öz mənbələrinə istinadən yazır ki, bu barədə Geqarkunik qubernatoru Karen Sarkisyan bölgə sakinləri ilə görüşündə bildirib.
Nəşrin məlumatına görə, Sarkisyan sakinləri Azərbaycan Silahlı Qüvvələrinin 2021-ci ildə "tutduqları əraziləri tərk edəcəyinə" əmin edib. O qeyd edib ki, regionda delimitasiya şəxsən onun nəzarəti altında aparılacaq.
Nəşr yerli sakinlərdən alınan məlumatı dəqiqləşdirmək üçün qubernatorla əlaqə saxlasa da, cavabında Sarkisyan “belə müzakirələri xatırlamadığını” bildirib.