RUSİYA

Rusiya nasist Almaniyasının SSRİ xalqına qarşı cinayətlərinin tanınmasını tələb edəcək

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya RİA Novosti agentliyinə müsahibə verib.
Sputnik
BAKI, 17 iyun - Sputnik. Rusiya nasist Almaniyasının SSRİ xalqlarına qarşı cinayətlərinin əsl mahiyyətinin rəsmi beynəlxalq səviyyədə tanınmasına çalışacaq. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya RİA Novosti agentliyinə müsahibəsində bildirib.
May ayında BMT Baş Assambleyası “Srebrenitsada soyqırımla bağlı” qətnamə qəbul edib. Daha sonra Nebenzya bildirib ki, bu addım “Pandora qutusu”nu açıb və bu sənəddən sonra soyqırımla bağlı digər qətnamələr də çıxa bilər.
“RİA Novosti”nin Rusiyanın İkinci Dünya Müharibəsi zamanı sovet xalqının soyqırımı ilə bağlı qətnaməni Baş Assambleyaya təqdim etmək planının olub-olmaması ilə bağlı sualını cavablandıran daimi nümayəndə deyib:

“Srebrenitsa qətnaməsinin qəbulu, şübhəsiz ki, digər tarixi faciələrin soyqırım aktları kimi tanınması ilə bağlı gələcək müzakirələrə təsir edəcək bir presedent yaradıb”.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya
O, “bu mübahisəli sənədin əsas sponsorlarından birinin Almaniya olduğunu” xatırladıb.
Nebenzya onu da qeyd edib ki, Rusiya Federasiyası II Dünya Müharibəsində əziyyət çəkən və həlak olanların tarixi yaddaşının qorunmasına və ədalətin bərpasına həmişə böyük əhəmiyyət verib.

“Nasist Almaniyasının Sovet İttifaqı xalqlarına qarşı cinayətləri, o cümlədən Leninqradın blokadası və dinc sakinlərin kütləvi şəkildə məhv edilməsi ən ağrılı mövzulardan biri olaraq qalır. Biz mövcud olan bütün vasitələrlə bu cinayətlərin əsl mahiyyətinin rəsmi tanınmasına və beynəlxalq səviyyədə tarixi həqiqətin bərpasına çalışmaqda davam edəcəyik”, - diplomat vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.