RUSİYA

RF ilə Azərbaycan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq müzakirə olunacaq

Moskvada Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək.
Sputnik
BAKI, 17 iyun - Sputnik. Milli Məclis sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Əli Hüseynlinin başçılıq etdiyi nümayəndə heyəti komissiyanın 21-ci iclasında iştirak etmək üçün iyunun 19-da Moskva şəhərinə səfər edəcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, nümayəndə heyətinə Milli Məclisin deputatları – Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Mixail Zabelin, Azər Badamov Emin Hacıyev daxildirlər.
Tədbirdə Rusiya Federal Məclisi ilə Azərbaycan Milli Məclisi arasında parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, komissiyanın iş planı, Rusiya ilə Azərbaycan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılacaq.
Səfər çərçivəsində Milli Məclisin deputatı Mixail Zabelin MDB ölkələrinin Beynəlxalq Parlament Forumunda da iştirak edəcək.
Səfər iyunun 21-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.