BAKI, 17 iyun - Sputnik. Rusiya Prezidenti Vladimir Putin iyunun 18-19-da Koreya Xalq Demokratik Respublikasına dostluq dövlət səfərində olacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Sədri Kim Çen Inın dəvəti ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2024-cü il iyunun 18-19-da Koreya Xalq Demokratik Respublikasında dostluq dövlət səfərində olacaq”, - məlumatda bildirilir.
Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin yaxın vaxtlarda Şimali Koreya və Vyetnama səfər etməyi planlaşdırdığı barədə xəbərlər verilmişdi.
"Vedomosti" nəşrinin məlumatına görə, əvvəlcə Rusiya rəhbəri Şimali Koreyaya getmək niyyətindədir. Bildirilib ki, Pxenyanda artıq prezidentin gəlişinə fəal şəkildə hazırlaşmağa başlayıblar. Müvafiq məlumatı Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora da təsdiqləyib.
Səfir Putinin Pxenyandakı səfərindən dərhal sonra Vyetnama gedəcəyini də vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.