RUSİYA

Lavrovun iyulun 16-17-də BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcəyi gözlənilir

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya RİA Novosti agentliyinə müsahibə verib.
Sputnik
BAKI, 17 iyun - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyulun 16 və 17-də BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edəcəyi gözlənilir. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya RİA Novosti agentliyinə müsahibəsində bildirib.
Rusiya iyul ayında Təhlükəsizlik Şurasına sədrlik edəcək. Nebenzyanın sözlərinə görə, Daimi Nümayəndəliyin bu müddət üçün planlaşdırılan bir neçə əsas tədbiri var.
Diplomat qeyd edib ki, o cümlədən iyulun 16-da daha ədalətli, demokratik və dayanıqlı dünya nizamının qurulması məqsədilə çoxtərəfli əməkdaşlığa dair, iyulun 17-də isə Yaxın Şərq nizamlanması məsələlərinə dair açıq müzakirələr keçiriləcək.
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya

“Hər iki görüş - gözlədiyimiz kimi, iyulun 16-da və 17-də Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovun sədrliyi ilə keçiriləcək”, - Nebenzya deyib.

Açıq debatlar Təhlükəsizlik Şurasının iclasının formatıdır və iclasda təkcə onun 15 üzvünün deyil, həm də BMT-nin digər üzv ölkələrinin də nümayəndələri iştirak edə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.