CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi rayonlarda şimşək çaxıb

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində faktiki hava barədə çəlumat yayıb.
Sputnik
BAKI, 17 iyun - Sputnik. İyunun 17-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Şəkidə 1 mm-dək olub.
İyunun 16-da şərq küləyi Culfada arabir 19 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 37, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.