CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 16 iyun – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 16 iyun — Sputnik. İyunun 16-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 16-də kimlər anadan olub?
Rəşad Sadıxov (1982) - azərbaycanlı futbolçudur. O, Azərbaycan milli komandasında və "Zirə" klubunun baş məşqçisi kimi çıxış edib.
Rəşad Sadıxov
Mithun Çakraborti (1950) - 350-dən çox filmdə rol almış hind aktyorudur. O, "Disko rəqqası" və "Rəqs et, rəqs et" musiqili melodramlarındakı rolları ilə tanınıb.
Mithun Çakraborti
Tupak Şakur (1971-1996) - amerikalı reper, prodüser və aktyordur. O, tarixin ən böyük hip-hop ifaçılarından biridir. 2015-ci ilə qədər onun 80 milyondan çox albomu satılıb.
Tupak Şakur
Anna Çipovskaya (1987) - Rusiya teatr və kino aktrisasıdır. O, "Bekarlar", "Sevgi labirintləri", "Dirijor", "Sevgi haqqında" və s. filmlərdə rol alıb.
Anna Çipovskaya
16 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1633-cü ildə inkvizisiya məhkəməsi italyan fiziki Qalileo Qalileyi bidətə görə cəzalandırmaq qərarına gəlib. Buna səbəb isə onun Nikolay Kopernikin heliosentrik dünya sistemini açıq şəkildə dəstəkləməsi olub.
1903-cü ildə ABŞ-ın "Ford" avtomobil istehsalı şirkətinin əsası qoyulub.
1963-cü ildə dünyanın ilk qadın kosmonavtı Valentina Tereşkova kosmosa uçub.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və Müvəqqəti Hökuməti Tiflisdən Gəncəyə köçüb.