DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya Ermənistanda dəmir yolu əlaqəsini rekord müddətdə bərpa edib - Overçuk

Fövqəladə bərpa işlərinin maliyyələşdirilməsi ölkə rəhbərliyinin qərarı ilə Rusiya Federasiyası tərəfindən həyata keçirilib.
Sputnik
BAKI, 15 iyun - Sputnik. Rusiya Ermənistanda fəlakət zonasında dəmir yolunu qısa müddətdə bərpa edib”.
Sputnik Ermənistan-ın məlumatına görə, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib:
“Çətin bir vaxtda Rusiya Ermənistanda xalqın köməyinə gələrək son dərəcə qısa müddətdə ölkəni Gürcüstanla birləşdirən və təbii fəlakət nəticəsində kəsilən dəmir yolu əlaqəsini bərpa etdi. Ermənistanı xarici aləmlə birləşdirən və həm də ölkəyə həyati əhəmiyyətə malik yükün çatdırılması üçün əsas kanal rolunu oynayan yeganə dəmir yolunda hərəkətin uzun müddət pozulması xalqın ərzaq və yanacaqla təminatı məsələsində mənfi nəticələrə yol aça bilərdi” – A.Overçuk deyib.
Overçuk vurğulayıb ki, “bu, təkcə Rusiyanın Ermənistan xalqına yardım əlini uzatması sayəsində baş verməyib”. Rusiyalı mütəxəssislər erməni həmkarları ilə birlikdə dəmir yolunun təbii fəlakət nəticəsində zədələnmiş hissəsinin bərpası üçün gecə-gündüz işləyiblər.
“İyunun 14-də ilk sınaq qatarı gözləniləndən bir həftə tez bərpa olunmuş relslə yola düşüb, Ermənistan xalqı üçün mühüm əhəmiyyət kəsb edən Gürcüstanla dəmir yolu əlaqəsi açılıb” - Aleksey Overçuk bildirib.
İyunun 14-də dəmir yolunun Ayrum-Sənahin hissəsində qatarların hərəkəti bərpa edilib. Sürətli iş tempi sayəsində nəqliyyatın hərəkəti nəzərdə tutulduğundan demək olar ki, bir həftə tez bərpa olunub. İyunun 15-də Gürcüstandan gələn konteyner qatarı bərpa olunmuş hissədən İrəvana gedib. Dəmir yolu infrastrukturunun tam bərpası müddəti yol yatağının sabitləşməsi ilə və layihələndirmə işlərinin başa çatması əsasında müəyyən ediləcək.
Bundan əlavə, çay daşqınları zamanı dəmir yolu infrastrukturu üçün oxşar nəticələrin qarşısını alacaq sahil mühafizəsi işlərinin aparılması nəzərdə tutulur. Qafqaz limanı (Rusiya) – Batumi limanı (Gürcüstan) marşrutu üzrə dəmir yolu-bərə xidmətindən istifadə etməklə Rusiyadan avadanlıq və materialların Ermənistana çatdırılması imkanları araşdırılır.
Mayın 25-də Ermənistanın şimalında uzun sürən yağıntılar, daşqınlar və çayların məcrasından çıxması nəticəsində “Rusiya Dəmir Yolları” SC-nin törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolu” SC-nin idarə etdiyi bir sıra dəmir yolu infrastruktur obyektləri zədələnib. Dəmir yolunun 1800 m-lik hissəsi yuyulub, 45 ədəd üst kontakt dirəyi sıradan çıxıb, elektrik enerjisi təchizatında fasilələr yaranıb.