BAKI, 15 iyun — Sputnik. Macarıstan Aİ məhkəməsinin maliyyə şantajına boyun əyməyəcək və miqrasiya siyasətini dəyişməyəcək. Bunu Macarıstanın Baş Naziri Aparatının rəhbəri Qerqey Quyaş bildirib.
Aİ-nin Lüksemburq məhkəməsi Macarıstanı miqrantların qəbulu ilə bağlı Aİ-nin ümummilli qaydalarının pozulması ilə bağlı əvvəlki məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etdiyinə görə 200 milyon avro cərimə, eləcə də gündəlik 1 milyon avro ödəməyə məhkum edib.
"Macarıstan maliyyə şantajına boyun əyməyəcək və miqrasiya siyasətini dəyişməyəcək" - Quyaş deyib.
Onun sözlərinə görə, normal məhkəmə heç vaxt belə qərar verməzdi.
Siyasətçi bu qərarı təhqiramiz, ədalətsiz və qəbuledilməz adlandırıb və vurğulayıb ki, bu, Avropa hüququ, Macarıstan konstitusiyası, xarici sərhədlərin qorunması və miqrasiya ilə mübarizə üçün effektiv fəaliyyətlə bağlı hər şeylə tamamilə ziddiyyət təşkil edir.