BAKI, 15 iyun - Sputnik. Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq. Yanvarda Şahdağ turizm mərkəzi 965 min 555 turist qəbul edib, bu isə 35 faiz artım deməkdir.
Bu sözləri Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə "Şahdağ" turizm mərkəzinin yay mövsümünə hazırlıqla bağlı keçirilən mətbuat konfransında söyləyib.
O diqqətə çatdırıb ki, bu il Azərbaycanda bir çox irimiqyaslı tədbirlər keçiriləcək:
"Bildiyiniz kimi, ölkəmiz cari ildə mötəbər beynəlxalq tədbirə - COP29-a ev sahibliyi edəcək. Ölkəmiz çox sayda turist qəbul edəcək. Əlbəttə ki, bu, Azərbaycan turizminə müsbət təsir göstərəcək".
Müşavirin sözlərinə görə, cari il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və buna görə də yaşıl turizmə üstünlük verilib.