BAKI, 15 iyun — Sputnik. Avropa İttifaqının sanksiyalar üzrə xüsusi elçisi David O'Sullivan iyunun 18-də Qazaxıstana səfər edəcək və ölkə rəsmiləri ilə görüşəcək.
Bu barədə Avropa İttifaqının Qazaxıstandakı Nümayəndəliyinin teleqram-kanalında dərc olunmuş məlumatda deyilir.
Avropa Komissiyası Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiyaya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdən yayınmamaq, üçüncü ölkələrlə davamlı yüksək səviyyəli müzakirələri təmin etmək üçün Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi vəzifəsini təsis edib.