DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya kansleri fikrini dəyişib: Putinlə dialoqun bərpasını istisna etmirəm

Şolts deyib ki, o, heç kimdə Rusiya prezidenti ilə dialoqun mümkünlüyünü istisna etdiyi təəssüratını yaratmasını istəməzdi.
Sputnik
BAKI, 15 aprel - Sputnik. Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə təmasların mümkünlüyünü istisna etmədiyini təsdiqləyib. RT xəbər verir ki, alman siyasətçi bu barədə İtaliyada G7 sammitində bildirib.
Şolts deyib ki, o, heç kimdə Rusiya prezidenti ilə dialoqun mümkünlüyünü istisna etdiyi təəssüratını yaratmasını istəməzdi. Üstəlik, o, Putinlə Ukrayna münaqişəsi başlamazdan əvvəl və sonra danışıb.
Şolts Almaniyanın ARD kanalına müsahibəsində deyib:
"Mən həmişə demişəm ki, bunu davam etdirəcəm. Amma bunun üçün doğru an, danışıqlar üçün konkret mövzu olmalıdır".
Daha əvvəl Şolts bəyan etmişdi ki, Putinin Ukrayna ilə bağlı təklifi “işləyə bilməz”.
13.04.24, 17:33
Putinlə zamanı gələndə danışıqlar aparacağam
Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqların mümkünlüyünü istisna etməyib.
Jurnalistin Putinlə danışıqların mümkünlüyü ilə bağlı sualını cavablandıran O.Şolts qeyd edib: “Bu, vaxtı gələndə baş verəcək”.
Onun sözlərinə görə, bunun baş verməsi üçün Rusiya tərəfindən müəyyən şərtlər yerinə yetirilməlidir:
“Rusiya diktə yolu sülhü əldə etməyin mümkün olmayacağını başa düşsə, Putin hərbi kampaniyanı dayandırmalı, qoşunlarını geri çəkməli olduğunu anlasa, bu baş verəcək”.
24.03.24
Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlar üçün düzgün an lazımdır. Handelsblatt xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
Şolts "Avropa 2024" konfransı zamanı Putinlə danışıqların mümkünlüyünü şərh edib. O, Fransa prezidenti Emmanuel Makron kimi Rusiya lideri ilə bir ildən çox əvvəl birbaşa danışdığını bildirib.
Almaniya kansleri deyib: "İkimiz də dedik ki, bunu yenidən edəcəyik, amma bu an doğru olmalıdır".
Onun fikrincə, danışıqlara başlamaq üçün Qərb Rusiya rəhbərliyini tələb olunan müddətdə Ukraynanı dəstəkləməyə hazır olduğuna inandırmalıdır. O əlavə edib ki, bu halda ədalətli sülhə nail olmaq mümkün olacaq.