RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Varşava Ukraynanın qərb hissəsini Polşanın bir hissəsi hesab edir - Zaxarova

Diplomat qeyd edib ki, Kiyev NATO-ya üzv olmaq imkanından məhrum edilir, çünki alyansa qoşulmaq Ukraynanın sərhədlərinin bütün NATO üzvləri tərəfindən tanınması deməkdir.
Sputnik
BAKI, 14 iyun — Sputnik. Ukraynanın qərb hissəsi Varşava tərəfindən Polşa dövlətinin bir hissəsi hesab edilir, Kiyev rejiminin nümayəndələrinin iddia etdiyi sərhədləri tanımamaq üçün Kiyevin NATO-ya daxil olmasın dan imtina edilir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Diplomat qeyd edib ki, Kiyev NATO-ya üzv olmaq imkanından məhrum edilir, çünki Alyansa qoşulmaq Ukraynanın sərhədlərinin bütün NATO üzvləri tərəfindən tanınması deməkdir.

"Onlar bunu etmirlər, çünki bir sıra NATO üzvlərinin, xüsusən də Polşanın Ukraynanın sərhədlərinin necə olması barədə öz fikirləri var. Polyak siyasətçilərin nöqteyi-nəzərindən Ukraynanın qərb hissəsi ukraynalılara aid olmamalıdır", - Zaxarova jurnalistlərə bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.