CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 14 iyun – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 14 iyun — Sputnik. İyunun 14-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 14-də kimlər anadan olub?
Mirzə Şəfi Vazeh (1794-1852) - Azərbaycan şairi və mütəfəkkiri, maarifçi və pedaqoqdur. "İfadəli, aydın" mənasını verən Vazeh təxəllüsü ilə həm Azərbaycan dilində, həm də fars dilində yazan şair, bu dillərin poeziya ənənələrini inkişaf etdirib. O, rusiyalı pedaqoq İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatını və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" yazıb.
Mirzə Şəfi Vazeh
Zivər Məmmədova (1902-1980) - Azərbaycanın və Şərqin ilk qadın heykəltəraşıdır. Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi, heykəltaraş Tokay Məmmədovun anasıdır. O, Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Bəsti Bağırovanın və digərlərinin portret büstlərini və bəstəkar Üzeyir Hacıbəylinin gipsdən heykəlini hazırlayıb.
Zivər Məmmədova
Şarl Kulon (1736-1806) - fransız hərbi mühəndis və fiziki, elektromaqnit və mexaniki hadisələrin tədqiqatçısıdır. Elektrik yükünün vahidi və elektrik yüklərinin qarşılıqlı cazibə qüvvəsi təsir qanunu onun şərəfinə adlandırılıb. 1785-ci ildə o, eksperimental olaraq elektrostatikanın əsas qanununu - Kulon qanununu müəyyən edib.
Karl Landştayner (1868-1943) - Avstriya və ABŞ həkimidir. İmmunohematologiya və immunokimya sahəsində ilk tədqiqatçı, orqanizmin bulanıq antigenlərə reaksiyasının molekulyar və hüceyrə fiziologiyasına və yaranan spesifik və qeyri-spesifik hadisələrə dair işlərin müəllifidir. İnsan qan qruplarının kəşfi və qan nəqlinin tibbdə sadə bir əməliyyat halına gəlməsini təmin edən ABO qan qrupları sistemini inkişaf etdirməsi ilə fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatıdır (1930).
Karl Landştayner
Donald Tramp (1946) - ABŞ-ın 45-ci prezidentidir (2017-2021). 2016-cı ildə "Time" jurnalı onu "İlin adamı" elan edib.
Donald Tramp
Yelena Safonova (1956) - Sovet və Rusiya teatr və kino aktrisası, RF əməkdar artistidir. O. "Səs", "Bir çətir altında iki adam", "Klinika" və s. filmlərdə rol alıb.
Regina Todorenko (1990) - rusiyalı teleaparıcı, müğənni, "İnter" və "Cümə!" telekanallarında "Oryol i Reşka" televiziya şousunun aparıcılarından biri, həmçinin NTV kanalında "Maska" şousunun münsiflər heyətinin üzvü kimi tanınır.
Regina Todorenko
14 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1834-cü ildə ABŞ-da sürtkü kağızı patentləşdirilib.
1985-ci ildə beş Avropa ölkəsi (Belçika, Hollandiya, Lüksemburq, Fransa və Almaniya) tərəfindən sərhədlərdə pasport və viza nəzarətinin sadələşdirilməsini nəzərdə tutan Şengen sazişi imzalanıb.
2004-cü ildən qeyri-rəsmi bayram Beynəlxalq Bloger Günü qeyd edilir.
2005-ci ildə Ümumdünya Səhiyyə Assambleyası zamanı hər il iyunun 14-də Ümumdünya Qan Donoru Gününün qeyd edilməsi qərara alınıb.