BAKI, 14 iyun — Sputnik. Rusiya Federasiyası digər məsələlərlə yanaşı, BMT çərçivəsində baş verən bölünməz təhlükəsizlik sisteminin yaradılması üzrə dialoqda maraqlıdır. Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə deyib.
Putin qeyd edib ki, çoxqütblü dünyada dövlətlər arasında qarşılıqlı fəaliyyət parametrləri ilə bağlı beynəlxalq müzakirələr artıq aparılır.
"Biz tərəfdaşları bu mövzuda digər beynəlxalq platformalarda, ilk növbədə, ŞƏT və BRİKS-də danışıqlara dəvət etmişik, biz bu dialoqun BMT çərçivəsində ciddi şəkildə inkişaf etdirilməsində maraqlıyıq", - dövlət başçısı bildirib.
"Başqa sözlə, dünya işlərində bəzilərinin təhlükəsizliyinin digərlərinin təhlükəsizliyi hesabına təmin edilə bilməyəcəyi prinsipinin bərqərar olmalıdır. Avrasiyada kollektiv təhlükəsizliyin təminatlarını müzakirə etməyin və regiondankənar hərbi qüvvələrin mövcudluğunu məhdudlaşdırmağın vaxtı çatıb", - Putin əlavə edib.
Rusiya prezidenti Vladimir Putin deyib ki, avropalı siyasətçilər öz vətəndaşlarından çox Vaşinqtonun gözündən düşməkdən qorxurlar.
Rusiya Prezidenti deyib ki, Qərb ölkələrinin Rusiya aktivlərini ələ keçirmək cəhdləri oğurluq olacaq və cəzasız qalmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.