RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Putinin tələblərini kapitulyasiya ilə müqayisə etmək düzgün deyil - Lavrov

Rusiya lideri deyib ki, 2014-cü il fevralın 20-də bütün Avropa Yanukoviçlə müxalifət arasında razılaşmaların yerinə yetirilməsinə zəmanət verəndə, Obama Putinə zəng edərək bu müqaviləni pozmamağı xahiş etdi.
Sputnik
BAKI, 14 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Ukrayna münaqişəsi ilə bağlı danışıqlara keçidlə bağlı təkliflərini hadisələrin fonunda təslim olmaq tələbi ilə müqayisə etmək düzgün deyil. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Prezident Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə bildirib ki, danışıqlara başlamaq üçün Ukrayna öz qoşunlarını Rusiyanın yeni regionlarının bütün ərazisindən - "LXR", "DXR", Xerson, Zaporojye vilayətlərindən çıxarmalıdır.
Dövlət başçısı qeyd edib ki, Kiyev hakimiyyəti bu şərtlə razılaşdıqdan sonra hərbi əməliyyatlar dərhal dayandırılacaq. Həmçinin, Rusiya Federasiyası Prezidentinin fikrincə, Kiyev NATO-ya üzv olmaq planlarından imtina etdiyini rəsmi şəkildə bildirməlidir.

"Rusiya prezidenti çıxışını bitirməzdən əvvəl diqqətinizi xüsusilə çəkdi ki, biz 1991-ci il sərhədləri daxilində Ukraynanın ərazi bütövlüyünü qoruyan sənədi dəstəkləmişdik", - Lavrov xatırladıb.

Nazir qeyd edib ki, 2014-cü il fevralın 20-də bütün Avropa Yanukoviçlə müxalifət arasında razılaşmaların yerinə yetirilməsinə zəmanət verəndə, Obama Putinə zəng edərək bu müqaviləni pozmamağı xahiş etdi.
"Biz onu dəstəklədiyimiz zaman səhəri gün dövlət çevriliş baş verdi. Bu hadisə olmasaydı, Ukrayna indi 1991-ci il sərhədləri daxilində yaşayardı", - nazir bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.