BAKI, 14 iyun — Sputnik. Ukrayna qoşunları "Donetsk və Luqansk xalq respublikaları"nın bütün ərazisindən, Zaporojye və Xerson vilayətlərindən çıxarılmalıdır, o zaman Rusiya danışıqlara hazır olacaq. Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə deyib.
"Ukrayna qoşunları Donetsk, Luqansk xalq respublikaları, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarılmalıdır. Mən buna diqqəti cəlb edirəm: bu vilayətlərin Ukraynaya daxil olduğu zaman mövcud olan inzibati sərhədləri daxilində Kiyev belə bir qərara hazır olduğunu bəyan edən və bu bölgələrdən qoşunların real çıxarılmasına başlayan, həmçinin NATO-ya daxil olmaq planlarından imtina barədə rəsmi məlumat verən kimi bizim tərəfimizdən dərhal atəşkəs elan ediləcək və danışıqlara başlanması barədə əmr veriləcək", - dövlət başçısı qeyd edib.
"Bir daha deyirəm, biz bunu dərhal edəcəyik. Rusiya Federasiyasının yeni təklifinə uyğun olaraq, Ukrayna münaqişəsinin sülh yolu ilə həlli çərçivəsində Qərbin bütün anti-Rusiya sanksiyaları ləğv edilməlidir", - Putin vurğulayıb.
Rusiya prezidenti qeyd edib ki, Rusiya tərəfinin danışıqlara başlamaq üçün şərtləri sadədir və qeyd edib ki, Moskva həmişə sülhə can atıb.
Putin bildirib ki, Moskva Kiyevdə belə bir qərar veriləcəyi təqdirdə Ukrayna bölmələrinin Donbas və Novorossiyadan maneəsiz və təhlükəsiz şəkildə çıxarılmasına zəmanət verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.