BAKI, 14 iyun— Sputnik. "Bu gün biz Ermənistan Konstitusiyasının dəyişilməsindən və qonşu ölkələrə qarşı ərazi iddialarından imtina edilməsinin önəmindən danışırıq".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, Ermənistan hökuməti başa düşməlidir ki, burada hər hansı fobiya yoxdur:
“Müharibədən sonra ölkələr öz konstitusiyalarına dəyişiklik edib. Məsələn, Almaniya, İtaliya İkinci Dünya müharibəsindən sonra öz konstitusiyasına dəyişiklik edib, öz varislərindən imtina ediblər. Ermənistanın yaxın dostu olan Fransa da 1947-ci ildə bunu edib. Bütün bunlar onu göstərir ki, Ermənistan öz Konstitusiyasına dəyişiklik etməlidir. Çox gülüncdür ki, NATO-nun ikinci ən böyük ordusu olan Türkiyəyə qarşı Ermənistan öz ərazi iddiasını gerbində saxlayır”.
T.Gəncəliyev Avropa Parlamentində sağ radikalların yer qazanmasına da toxunub və bildirib ki, bu, azərbaycanfobiyanı, islamafobiyanı artıracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.