RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Biz Qərbdən bizə güvənməsini tələb etmirik - Lavrov

Rusiyanın xarici işlər naziri Qərbə Prezident Vladimir Putinin təkliflərinə qulaq asmağı tövsiyə edib.
Sputnik
BAKI, 14 iyun — Sputnik. Moskva Qərbdən ona və Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı təkliflərinə etibar etməyi tələb etmir, lakin Qərb "yerdə" real vəziyyəti başa düşməlidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz Qərbdən bizə güvənməsini tələb etmirik. Etimad Qərbin mövqeyində, onun hərəkətlərində tapıla biləcək bir şey deyil. Qərb real vəziyyəti başa düşməlidir", - Lavrov deyib.

Lavrov hesab edir ki, hətta Kiyevdə də Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı yeni təkliflərini artıq oxuyub və öyrənirlər.
Rusiyanın xarici işlər naziri Qərbə Prezident Vladimir Putinin təkliflərinə qulaq asmağı tövsiyə edib, çünki bundan əvvəl imtinalar səbəbindən yaxşı nəsə baş verməyib.
"İndi biz elə vəziyyətə gəlmişik ki, prezident bizi bir daha dinləməyə çağırıb, çünki Qərb hər dəfə bizim təkliflərimizi rədd edəndə yaxşı heç nə olmayıb", - nazir deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.