CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərində hansı poçtlar işləyəcək?

Qeyd edək ki, 16 iyun tarixində poçt şöbələrində qeyri-iş günü olacaq.
Sputnik
BAKI, 14 iyun — Sputnik. "Azərpoçt" MMC Milli Qurtuluş GünüQurban bayramı ilə əlaqədar əhalinin poçt, maliyyə, postkarqo və digər karqo xidmətlərindən rahat və səmərəli istifadə etməsini təmin etmək məqsədilə iyunun 15, 17, 18 və 19-da xüsusi rejimdə fəaliyyət göstərəcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərpoçt"-dan bildirilib.
Qeyd edək ki, 16 iyun tarixində poçt şöbələrində qeyri-iş günü olacaq.
Bayram günlərində fəaliyyət göstərəcək şöbələrin siyahısı:
Poçt məntəqələri İş qrafiki
1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi (AZ1000); 09:00-18:00
2 saylı poçt filialının 63 (AZ1063) saylı poçt şöbəsi; 10:00-17:00
2 saylı poçt filialının 124 (AZ1124), 138 (AZ1138), 144 (AZ1144) saylı poçt şöbələri; 09:00-17:00
3 saylı poçt filialının 2, (AZ1002) 40 (AZ1040) saylı poçt şöbələri; 10:00-17:00
4 saylı poçt filialının 44 (AZ1044) saylı poçt şöbəsi; 09:00-17:00
Regionlarda yerləşən müştəri xidməti şöbələri 10:00-17:00
İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı poçt filialının 66 (AZ1066) və 152 (AZ1152) saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmə və kommunal xidmətlər təmin ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.