RUSİYA

Zaxarovadan rusiyalı jurnalistlərə olan hücuma reaksiya

Zərərçəkənlər ağır vəziyyətdə Qorlovka xəstəxanasına çatdırılıblar, hazırda həkimlər həyatları üçün mübarizə aparırlar.
Sputnik
BAKI, 13 iyun — Sputnik. Qorlovkada NTV jurnalistlərinə hücum Kiyev rejiminin silahlılarının növbəti terror aktıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Hazırda əldə edilən məlumatlara görə, Kiyev rejiminin yaraqlılarının rusiyalı jurnalistlərə qarşı növbəti terror aktı törətdiyi məlum olub", - Zaxarova bildirib.
Hazırda mövcud olan məlumatlara görə, məqsədyönlü şəkildə pilotsuz uçan aparatdan döyüş sursatlarının atılması nəticəsində NTV-nin müxbiri Aleksey İvliev və onun həmkarı NTV-nin operatoru Valeri Kojin və onların müşayiətçisi ağır yaralanıb. Zərərçəkənlər ağır vəziyyətdə Qorlovka xəstəxanasına çatdırılıblar, hazırda həkimlər həyatları üçün mübarizə aparırlar.