BAKI, 13 iyun — Sputnik. Digər ölkələrin Rusiyanın hərbi təlimləri ilə bağlı narahatlığa ehtiyacı yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hərbi təlimlər normal təcrübədir, müxtəlif bölgələrdə təlimlərin keçirilməsi bütün dövlətlər, xüsusən də Rusiya Federasiyası kimi böyük dəniz dövləti üçün normal təcrübədir", - Kreml nümayəndəsi bildirib.
Onun sözlərinə görə, belə səfərlərin həyata keçirilməsi də adi bir təcrübədir.
"Buna görə də biz bu halda digər ölkələrin narahatlığı üçün heç bir əsas görmürük", - Rusiya liderinin mətbuat katibi vurğulayıb.