BAKI, 13 iyun — Sputnik. Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən, uzun illərdir "Ətçilər" kimi tanınan kafelər və ət dükanları sökülür. Bu barədə Sputnik Azərbaycan-a həmin kafelərin sahibləri məlumat verib. Onlar bildiriblər ki, artıq söküntü üçün əraziyə nümayəndələr gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıblar.
Füzuli rayonundan məcburi köçkün düşmüş Şahsuvar Əliyev isə 30 ildir ki, buradan çörək qazandıqlarını söyləyir. Bildirir ki, özü ilə yanaşı bir neçə ailə buradan dolanır:
"Mənim yanımda 23 nəfər işləyir, onlara 12 min manat maaş verirəm. Özüm də bankdan 35 min manat kredit götürmüşəm. İndi gəlib bu obyektləri sökürlər.
Qeyd edək ki, M.Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi.
Ərazi uzun illər idi ki, "Ətçilər" kimi tanınırdı.