BAKI, 13 iyun — Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) vəzifəsi Avrasiya İqtisadi İttifaqının (Aİİ) vahid əmək bazarının inkişafında əmək miqrantları üçün mümkün qədər sadələşdirməkdir.
Bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) İşə Qəbul Siyasətlərinin Təşviqi üzrə Qlobal Şəbəkəsinin II Beynəlxalq Görüşündə iştirak edərkən AİK-nin İqtisadiyyat və Maliyyə Siyasəti naziri Baxıt Sultanov deyib.
AİK naziri BMqT-nin baş direktoru Emi Pope ilə birgə layihələrin həyata keçirilməsi planını və komissiyanın beynəlxalq təşkilatın Qlobal Şəbəkəsində iştirakını müzakirə edib. Tərəflər, həmçinin ixtisasların müqayisəliliyinə əsaslanaraq işçilərin peşə bacarıqlarının tanınmasında BMqT-nin təcrübəsindən istifadə edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
Sultanov Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə və Miqrasiya üzrə Qlobal Proqramının direktoru Santino Severoni ilə də görüşüb.
"Komissiya Aİİ dövlətləri ilə birlikdə bir sıra milli strateji sənədlər hazırlayıb ki, onların hazırlanmasında ÜST-nin tövsiyələri və materialları nəzərə alınıb", - Sultanov qeyd edib.
Bildirilir ki, tərəflər əməkdaşlığın dərinləşdirilməsi və Aİİ ölkələrinin səhiyyə nazirlərinin iştirakı ilə birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.