BAKI, 12 iyun - Sputnik. Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.
Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Beləliklə, Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb.