CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 12 iyun – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 12 iyun — Sputnik. İyunun 12-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 12-də kim anadan olub?
Hacıbaba Bağırov (1932-2006) - Azərbaycanın xalq artisti, teatr və kino aktyorudur. O, "Ulduz", "İstintaq davam edir", "Qanun naminə", "Sonuncu məhəbbət" və s. filmlərdə rol alıb.
Hacıbaba Bağırov
Oqtay Mirqasımov(1943) - Azərbaycanın xalq artisti, kinorejissor və ssenaristdir. O, "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif edilib. Kinorejissor "Rəşid Behbudov", "Silinməyən izlər...", "Şeytan göz qabağında" və s. filmləri çəkib.
Oqtay Mirqasımov
Xanlar Əhmədov (1946) - Azərbaycanın xalq rəssamı, heykəltəraş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. Onun əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Özbəkistan və digər ölkələrdə sərgilənib.
Xanlar Əhmədov
Leyla Şıxlinskaya (1947) - Azərbaycanın xalq artisti və aktrisadır. O, "Arşın mal alan", "Bağ mövsümü", "Oxuyur Müslüm Maqomayev" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Xalq artisti Leyla Şıxlinskaya
Corc Herbert Volker Buş (1924-2018) - ABŞ-ın 41-ci prezidentidir (1989-1993). "ABŞ Prezidenti Corc Buş" ifadəsinin qeyri-müəyyənliyini aradan qaldırmaq üçün 2001-ci ildə oğlu, eyni adlı Corc Buş ABŞ-ın 43-cü prezidenti olduqdan sonra o, "böyük" adlandırılmağa başlanıb.
Birləşmiş Ştatların keçmiş prezidenti Corc Buş
İosif Rayxelqauz (1947) - Sovet və Rusiya teatr rejissoru, RF xalq artistidir. O, Moskva "Müasir pyesin məktəbi" teatrının yaradıcısı və bədii rəhbəridir.
Adriana Lima (1981) "Victoria's Secret" mələklərindən biri kimi tanınan braziliyalı supermodeldir. Mediada Limanı tez-tez planetin ən gözəl qadınlarından biri adlandırırlar. 2015-ci ildə onun qazancı 9 milyon dollar təşkil edib.
Adriana Lima
12 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1898-ci ildə Filippinin müstəqilliyi elan edilib.
1990-cı ildə SSRİ-nin "Mətbuat və digər kütləvi informasiya vasitələri haqqında" qanunu qəbul edilib. Burada "kütləvi informasiyada senzuraya yol verilmir" deyilir.
1991-ci ildə keçirilən referendumda Leninqrad sakinləri Sankt-Peterburq adının yenidən şəhərə qaytarılmasına səs veriblər.
1994-cü ildə Rusiya Federasiyası Dövlət Suverenliyi haqqında Bəyannamə qəbul edib və 12 iyun dövlət bayramı - Rusiya Günü elan edilib.
Rusiya bayrağı, arxiv
2015-ci ildə Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub. Altı min idmançı 20 idman növü üzrə 253 medal uğrunda mübarizə aparıb. İyunun 28-dək davam edən oyunların yekunlarına görə, medal sıralamasında Rusiya birinci, Azərbaycan ikinci, Böyük Britaniya isə üçüncü yeri tutub.
III Avropa Oyunlarının açılış mərasimi
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.