SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sülh müqaviləsi imzalamadan kommunikasiyaları açmaq mümkündür - Paşinyan

Hökumət başçısının qeyd edib ki, hələ 2018-2019-cu illərdə Konstitusiyanın dəyişdirilməsindən özü də danışmışdı.
Sputnik
BAKI, 12 iyun — Sputnik. Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini sülh müqaviləsi ilə əlaqələndirmək cəhdi prosesi torpeda edir. Bunu Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bir daha bəyan edib ki, Ermənistan Konstitusiyasına dəyişiklik etmədən İrəvanla sülh müqaviləsi imzalamaq mümkün deyil, çünki ölkənin əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları var.
"Konstitusiyanın dəyişdirilməsinə gəlincə, mən hesab edirəm ki, bu məsələni əlaqələndirmək, danışıqlar masasında əlavə etmək cəhdi sülh prosesinə torpeda vurur", - Paşinyan bildirib.
Hökumət başçısının qeyd edib ki, hələ 2018-2019-cu illərdə Konstitusiyanın dəyişdirilməsindən özü də danışmışdı. O, əmin edib ki, bu gündəm müstəsna olaraq demokratik dəyişikliklərlə bağlıdır.
"Biz demişdik ki, konstitusiya dəyişiklikləri danışıqların tərkib hissəsi ola bilməz, çünki bu, daxili məsələdir", - baş nazir qeyd edib.
Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmamışdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını, eləcə də sərhədin delimitasiyasını tamamilə mümkün sayır.
"Praktik addımlarla real sülh yaratmaq, sonra isə yalnız saziş imzalamaq mümkündür, lakin istənilən halda sülh müqaviləsi imzalanmalıdır. Tərəflərin həll etməyə çalışdığı problem çox mürəkkəbdir və təkcə dərslik yanaşmaları ilə proses irəli gedə bilməz", - baş nazir bildirib.
Ötən həftə Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Yerevan bir ay ərzində Bakı ilə sülh sazişini yekunlaşdırmağa və imzalamağa hazırdır.