BAKI, 12 iyun — Sputnik. Macarıstan NATO-nun Ukraynaya yardımını koordinasiya etmək missiyasında iştirak etməmək qərarını qəbul etdiyini bildirib. Bunu NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb.
"Macarıstanın Baş naziri açıq şəkildə bildirib ki, Macarıstan bu prosesdə iştirak etməyəcək. Macarıstanın baş naziri və mən Macarıstanın Ukraynaya dəstək səylərində iştirak etməməsi şərtləri ilə razılaşdıq. Macarıstan nümayəndələri bu cür tədbirlərdə iştirak etməyəcək, macar vəsaiti bunun üçün istifadə edilməyəcək", - o, Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla danışıqlardan sonra bildirib.
O, həmçinin əlavə edib ki, Macarıstanın NATO-nun Ukraynadakı missiyasında iştirak etməməsi ilə bağlı razılaşma Budapeştin Alyansın qalan üzvlərinin qərar qəbul etməsinə mane olmamasını nəzərdə tutur.