BAKI, 12 iyun — Sputnik. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları qonşu dövlətlərin xüsusi xidmət orqanları ilə birlikdə Rusiyaya gedən beynəlxalq narkotik kanalının qarşısını alıblar. Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
"250 litr narkotik vasitə olan metamfetamin formasında qeyri-qanuni yük müxtəlif markalı içkilərin içərisində gizlədilib və Qazaxıstan ərazisindən Rusiyaya tranzit keçib Həmin malların ötürülməsi zamanı narkotik vasitəni mayedən çıxarmaq üçün nəzərdə tutulmuş avadanlıqlar da saxlanılıb".
Cari ilin əvvəlindən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları xarici tərəfdaşlarla əməkdaşlıq edərək 19 beynəlxalq narkotik kanalının fəaliyyətini dayandırıb, qanunsuz dövriyyədən 400 kq-dan çox narkotik maddə və 4 ton xaşxaş samanı götürülüb.