BAKI, 12 iyun — Sputnik. Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Astanada planlaşdırılan danışıqların konkret tarixi və gündəliyi yaxın gələcəkdə müəyyənləşə bilər, diplomatik kanallar müvafiq işləri görəcək. Türkiyə liderinin administrasiyasındakı mənbə RİA Novosti-yə bildirib.
İyunun 1-də Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlar zamanı Putin iyulun əvvəlində Astanada Ərdoğanla görüşünün mümkünlüyünü açıqlayıb. Qazaxıstanın paytaxtı iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə ev sahibliyi edəcək.
"Cənab Prezident Ərdoğan bu gün İspaniyaya uçacaq, daha sonra G7 liderlərinin İtaliyadakı görüşündə iştirak edəcək. Türkiyə və Rusiya liderlərinin danışıqlarının gündəliyi yaxın gələcəkdə ortaya çıxacaq, müvafiq işlər diplomatik kanallar vasitəsilə aparılacaq. Bu barədə mətbuata və ictimaiyyətə vaxtında məlumat verəcəyik", - agentliyin həmsöhbəti bildirib.