"Bu müəllimlərin əksəriyyəti orta ixtisas üzrə təhsil müəssisələrini bitirənlərdir. Bəzilərinin isə nə vaxt orta ixtisas təhsili aldıqları naməlumdur".
K.Əsədov 4 minə yaxın müəllimin artıq öz işini itirdiyini söyləyib. Qeyd edib ki, bununla belə, həmin müəllimlər MİQ imtahanlarında iştirak edərək şanslarını təkrar sınaya bilərlər.
"20-30 illik pedoqoji stajı olan müəllimlərin sertifikasiyaya cəlb olunması günün tələbidir. Biz 4 min müəllimi itirsək də, onların yerinə 4 min savadlı müəllimi işə qəbul etmiş olacağıq. Azərbaycanda dərsliklər dəyişsə də, mövzular dəyişməyib. Fonetika, isim, sifət olduğu kimi qalıb. Bu müəllimlər imtahan olunduqları mövzularda uşaqlara bilik öyrədiblər. Bu o deməkdir ki, onlar öz öyrətdikləri dərslərdən 0-29 bal toplayıblar. İbtidai sinif təməl hesab olunur. Ana dili də əsas strateji fənn sayılır. Bu o deməkdir ki, həmin müəllimlərin bilik səviyyəsi çox aşağı olub", - Kamran Əsədov bildirib.