CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 11 iyun – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 11 iyun — Sputnik. İyunun 11-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 11-də kimlər anadan olub?
Hökümə Qurbanova (1913 - 1988) - Azərbaycan SSRİ xalq artisti, teatr və kino aktrisasıdır. O, "Bir ailə", "Cavidi xatırlayərkən", "Əhməd haradadır?", "Qızmar günəş altında", "Ögey ana" və s. filmlərdə rol alıb.
Hökümə Qurbanova
Mahmud Tağıyev (1923 - 2001) - Azərbaycan SSR əməkdar rəssamıdır. Ustadın əsərlərinə "Əriklər", "Məcnun", "Leyli", "Güldanda güllər", "Dağlarda bahar", "Bakı", "Neft emal zavodunun işıqları", "Avarçəkən", "Yuxu", "Çılpaq", "Dədə Qorqud", "Səməd Vurğun", "Yeddi gözəl" kimi başqa əsərləri daxildir.
Mahmud Tağıyev
Jak İv Kusto (1910 - 1997) - fransız okeanoqrafıdır. Plutondakı Kusto çıxıntısı onun şərəfinə adlandırılıb.
Jak İv Kusto
Hyu Lori (1959) - britaniyalı aktyor, rejissor və müğənnidir. O, Britaniyanın komediya serialı olan "Qara gürzə", "Fray və Lori şousu" və Stiven Fray ilə "Civs və Vuster" filmlərində oynadığı rollarla, həmçinin ABŞ-ın "Doktor Haus" adlı teleserialında baş qəhrəman rolu ilə məşhurlaşıb.
Hyu Lori
Piter Dinkleyc (1969) amerikalı aktyor və kino prodüseridir. O, "Elf", "Super köpək", "İks adamları: gələcəyin keçmiş günləri" və "Qisasçılar: Sonsuzluq savaşı", "Taxt-tac oyunları" filmlərində rol alıb.
Piter Dinkleyc
Denis Matsuyev (1975) - rusiyalı virtuoz-pianoçusu, Rusiya Federasiyasının xalq artistidir. Matsuyev ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və digər ölkələrin orkestrləri ilə çıxış edib. O, P.İ.Çaykovski adına XI Beynəlxalq müsabiqənin qalibi, Yuri Başmet Beynəlxalq Xeyriyyə Fondunun Dmitri Şostakoviç adına mükafatı və digər mükafatlar laureatıdır.
Denis Matsuyev
11 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1826-cı ildə ilk Moskva göz xəstəxanası açılıb.
1955-ci ildə Le-Mane avtoidmanda ən böyük qəza baş verib. Bu qəzadə "Le Mans 24 saat" yarışında 84 nəfər (pilot sürücü Ryer Leveq və 83 tamaşaçı) həlak olub.
1996-cı ildə Moskvada Tulskaya stansiyasının metro vaqonunda terror aktı baş verib, 4 nəfər həlak olub.
Azərbaycan Respublikasının Prezidenti 2007-ci ildə "Qobustan" dövlət tarix-bədii qoruğunun ərazisində yerləşən milli sərvətlər xəzinəsininin qorunması haqqında" sərəncam imzalayıb.