BAKI, 11 iyun — Sputnik. Beynəlxalq aləmdə baş verən son hadisələr dünyaya öz nizamını sırımağa çalışan Qərbin maskalarını yırtdı. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS xarici işlər nazirlərinin görüşündə deyib.
Lavrov qeyd edib ki, bu konsepsiyanın tərəfdarları yalnız özlərinə sərfəli olan qarşılıqlı fəaliyyət normalarını və mexanizmlərini tətbiq etməyə, bərabər, dürüst dialoqu gizli fəaliyyət göstərən, öz adından danışmaq və hərəkət etmək hüququnu özlərinə lovğalayan dar koalisiyalarla əvəz etməyə çalışırlar.
Nazir qeyd edib ki, eyni zamanda, ABŞ və onun müttəfiqləri qaçılmaz hökmranlıqlarını saxlamaq və çoxqütblülüyün formalaşmasının obyektiv proseslərini ləngitmək cəhdlərindən əl çəkmirlər.
"Onlar iqtisadi alətlərdən silah kimi istifadə edir, sanksiyalar təzyiqi və maliyyə şantajı vasitəsilə suveren dövlətlərin inkişaf modelləri və ticarət tərəfdaşları seçiminə təsir göstərməyə çalışırlar", - Lavrov əlavə edib.