RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Qərb Rusiyanın üzərinə hücuma keçməyə şərait yaratmaqla qırmızı xətti keçib

Avstriyanın müdafiə naziri Klaudiya Tanner bu barədə Avstriyanın "due Presse" nəşrinə müsahibəsində bildirib.
Sputnik
BAKI, 11 iyun — Sputnik. Qərb ölkələri Kiyevə Rusiya ərazisindəki hədəflərə hücuma icazə verməklə qırmızı xətti keçiblər. Avstriyanın müdafiə naziri Klaudiya Tanner bu barədə Avstriyanın "due Presse" nəşrinə müsahibəsində bildirib.
Müxbir Tannerdən Rusiya Federasiyasının müəyyən ərazilərinə zərbələr endirməkdən ötrü Qərb silahlarından istifadə etmək üçün ABŞ, Fransa və Almaniyanın Ukraynaya verdiyi icazəni şərh etməyi xahiş edib.

"Qırmızı xətt keçilib. Ona görə də NATO-nun baş katibi Yens Stoltenberqin NATO-nun Ukraynaya qoşun yeritməyəcəyi ilə bağlı açıqlamasından çox məmnunam", - müdafiə naziri bildirib.

Nəşrin jurnalisti Tannerdən Kiyevin "Xarkovu Rusiya sərhədindən atəşə tutulmaqdan kifayət qədər qoruya bilməsi" məsələsi ilə bağlı mövqeyini öyrənməyə çalışdıqda, o cavab verib ki, Avstriya hərbi cəhətdən neytral dövlət olduğundan "mühakimə etmək hüququmuz yoxdur".
Bundan əvvəl Slovakiyanın baş naziri Fiko bildirmişdi ki, Qərb Rusiya Federasiyasının ərazisinə Qərb silahları ilə zərbələr endirməyə icazə verməklə münaqişəni gərginləşdirmək istəyini nümayiş etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.