RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Qərb qəribə hərəkətlərə görə Ukraynaya inamını itirməyə başlayıb

Nəşr yazır ki, qəribə kadr dəyişiklikləri ucbatından Qərb Ukraynaya inamı artıq itib.
Sputnik
BAKI, 11 iyun — Sputnik. Qərb anlaşılmaz kadr qərarları səbəbindən Ukrayna rəhbərliyinə inamını sürətlə itirir. Bu barədə "Financial Times" qəzeti Ukraynalı məmura istinadən yazır.
Nəşrlə söhbətində deputat vurğulayıb ki, ABŞ və Kiyevin digər müttəfiqləri Ukrayna ilə normal, proqnozlaşdırıla bilən münasibətlərə can atırlar. Lakin ölkə hakimiyyəti nə Avropa İttifaqı (Aİ), nə də Vaşinqton üçün anlaşılmaz olan qəribə kadr qərarları qəbul etməyə davam edir. Nəticədə Ukrayna rəhbərliyinə etimad sürətlə azalır.
Qəzet həmçinin may ayının sonunda ədə etdiyi səs yazısını da qeyd edib. Burada Ukraynanın Bərpa və İnfrastrukturun İnkişafı Agentliyinin rəhbəri Mustafa Nayem amerikalı həmkarlarına işdən çıxarılacağını gözlədiyini bildirib.
Eyni zamanda Qərbin Rusiya və Ukrayna ilə bağlı mövqeyi tezliklə dəyişə bilər. Avropa Parlamentinə seçkilərdən sonra Aİ sakinlərinin münaqişəyə hərbi müdaxiləni dəstəkləyən liderlərə mənfi münasibət bəslədiyi bəlli olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.