BAKI, 11 iyun — Sputnik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayenlə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
O'Brayen ikitərəfli münasibətləri və Azərbaycanla danışıqlar prosesini bu ölkənin hakimiyyət orqanları ilə müzakirə etmək üçün bazar ertəsi İrəvana üç günlük səfərə gəlib.
Mirzoyanla görüşdən sonra Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun görüşü baş tutacaq.
Bundan əvvəl Dövlət Departamenti məlumat vermişdi ki, görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələsi və növbəti addımlar müzakirə olunacaq. O'Brayen həmçinin ABŞ-ın Ermənistan və Azərbaycan arasında uzunmüddətli və ləyaqətli sülh sazişinin əldə edilməsinə dəstəyi, o cümlədən Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə edilməsini müzakirə etmək niyyətindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.