BAKI, 11 iyun — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkiləri təyin edərkən, öz ətrafı ilə istefasının mümkünlüyünü müzakirə edir.
"Prezidentin istefası tabu deyil, bütün variantları nəzərdən keçirmək lazımdır. O, prezidentlik müddətinin başa çatmasını qurban verməyə hazırdır", - KİV prezidentin ətrafındakı mənbədən sitat gətirir.
Qeyd olunur ki, Makron son həftələrdə öz çevrəsindən olan bir şəxslə bu ssenarini müzakirə edib. Buna üstünlük verilmir, lakin qarşıdan gələn seçkilər öncəsi "dramatizasiya" rolunu oynaya bilər.
İddia edilir ki, Makron 2027-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər parlament seçkilərində qalib gəlsə, sağçı Milli Ralli partiyası ilə birgə ölkəni idarə etməyə razılaşa bilər.
İyunun 9-da Fransada Avropa Parlamentinə seçkilərin ilkin nəticələri elan edildikdən sonra sağçı Milli Ralli partiyası Makron tərəfdarlarının koalisiyasını iki dəfədən çox qabaqlayıb. Fransa lideri Milli Assambleyanın buraxıldığını və növbədənkənar parlament seçkilərinin iki turda - iyunun 30-da və iyulun 7-də keçirilməsi barədə qərar verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.