BAKI, 11 iyun — Sputnik. Amerika Birləşmiş Ştatları Ukraynanın "Azov"* (Rusiya Federasiyasında qadağan olunmuş və terror təşkilatı kimi tanınır) millətçi batalyonuna yardım göstərilməsi ilə bağlı qadağanı aradan qaldıraraq, əslində özünü nasistlər və Ukrayna Silahlı Qüvvələrinin yaraqlıları ilə eyniləşdirir. Bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov deyib.
Bundan əvvəl "Washington Post" Dövlət Departamentinə istinadən xəbər vermişdi ki, ABŞ administrasiyası Lihi qanununun meyarlarına uyğunluğu yoxlanılan Azov batalyonuna silah tədarükünə qoyulmuş qadağanı ləğv edib. Qəzetin yazdığına görə, Dövlət Departamenti yaraqlılar tərəfindən ciddi insan haqları pozuntularına dair "heç bir sübut" tapmadığını bildirib.
"Ukraynadakı silahlı münaqişənin üçüncü ilində Ukrayna Silahlı Qüvvələrinin bir sıra məğlubiyyətlərini görən amerikalılar özlərinin nasist kimi tanıdıqları "Azov" silahlılarına* silah paylayırlar. Beləliklə, özümüzü "Azov" faşistləri, Ukrayna Silahlı Qüvvələrinin yaraqlıları və legitimliyini itirmiş Kiyev rejimi ilə eyniləşdirirlər", - Kosaçev öz Telegram kanalında nasistlərin üçüncü qərarını xatırladaraq yazıb.
Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov
© Sputnik / Пресс-служба Государственной Думы РФ
/ Senator ABŞ-ın bu qərarını "nasizmi təşviq edən aktların qlobal reyestrinə" növbəti biabırçı giriş adlandırıb.
Birləşmiş Ştatlarda "Azov"a yardımın göstərilməsi onun ideologiyası və fəaliyyətinin nasist xarakteri daşıdığı üçün qadağa qoyulmuşdu, lakin keçən il "Washington Post" Dövlət Departamentindəki mənbəyə istinadla bu qaydanın praktiki təsirinin olmadığını yazıb. Konqresmen Pol Qosar o vaxt bildirmişdi ki, "Azov" yaraqlıları Ukraynanın silahlı qüvvələrinə və milli qvardiyasına daxil edildikdən, həmçinin onların iştirakı ilə "Kraken" xüsusi təyinatlıları və ya ayrı-ayrı silahlı birləşmələr yaradıldıqdan sonra qadağa bulanıq olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.