DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan 18 ildən sonra CHP-nin Baş qərargahına gedib

Görüş zamanı daxili və xarici siyasətə dair bir sıra məsələnin müzakirə ediləcəyi nəzərdə tutulub.
Sputnik
BAKI, 11 iyun — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş qərargahına gedib.
NTV xəbər verir ki, Türkiyə Prezidenti CHP sədri Özgür Özellə görüş keçirib.
Görüş zamanı daxili və xarici siyasətə dair bir sıra məsələnin müzakirə ediləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, bu, Ərdoğanın 18 ildən sonra CHP-nin Baş qərargahına ilk səfəridir. Ərdoğan 2006-cı ildə ovaxtkı sədr Deniz Baykalla CHP-nin Baş qərargahında görüşmüşdü.
Xatırladaq ki, Ərdoğanla Özgür Özel arasında ilk görüş mayın 2-də AKP-nin Baş qərargahında keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.