HƏRBİ

Azərbaycan Ordusunun itkin düşən əsgərinin nəşi tapılıb

Bildirilib ki, iyunun 11-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyənləşib.
Sputnik
BAKI, 11 iyun — Sputnik. Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun nəşi tapılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 11-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyənləşib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.