DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Ermənistanla əlaqələrini dərinləşdirməyə hazırdır - O`Brayen

ABŞ dövlət katibinin köməkçisi əlavə edib ki, Baş nazir Nikol Paşinyan başda olmaqla hökumət Ermənistanın qlobal iqtisadiyyata daha yaxşı inteqrasiyasına imkan verəcək islahatların aparılması istiqamətində səmərəli səylər göstərib.
Sputnik
BAKI, 11 iyun — Sputnik. ABŞ Ermənistanla təhlükəsizlik əlaqələrini dərinləşdirməyə hazırdır. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayen İrəvanda Ermənistan və ABŞ arasında strateji dialoqun iclasında bildirib.

"Biz müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı işi davam etdirəcəyik. Qeyd etdiyimiz kimi, ilk birgə təlimimiz keçən il baş tutub. Biz daha çoxunu səbirsizliklə gözləyirik. Kibertəhlükəsizlik, enerji təhlükəsizliyi və digər məsələlərdə əməkdaşlıq edə bilərik", - o bildirib.

ABŞ dövlət katibinin köməkçisi həmçinin əlavə edib ki, Baş nazir Nikol Paşinyan başda olmaqla hökumət Ermənistanın qlobal iqtisadiyyata daha yaxşı inteqrasiyasına imkan verəcək islahatların aparılması istiqamətində səmərəli səylər göstərib və Ermənistan xalqına demokratik mühitdə özünü daha sərbəst ifadə etmək fürsəti veriləcək.
Amerikalı diplomat İrəvan və Bakı arasındakı münasibətlərə də toxunub və qeyd edib ki, Ermənistan və Azərbaycan arasında davamlı sülh olarsa, Birləşmiş Ştatlar bu sahədə səyləri dəstəkləməkdən məmnundur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.