Vladimir Putin tezliklə Şimali Koreya və Vyetnama səfər edəcək - KİV

Səfərlər çox güman ki, iyun ayında baş tutacaq.
Sputnik
BAKI, 10 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda Şimali Koreya və Vyetnama səfər etməyi planlaşdırır.
Bu barədə "Vedomosti" qəzeti diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, əvvəlcə Rusiya rəhbəri Şimali Koreyaya getmək niyyətindədir. Pxenyanda artıq prezidentin gəlişinə fəal şəkildə hazırlaşmağa başlayıblar. Müvafiq məlumatı Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora təsdiqləyib.
Səfir Putinin Pxenyandakı səfərindən dərhal sonra Vyetnama gedəcəyini də vurğulayıb. Güman ki, bu ölkəyə səfər iyun ayında baş tutacaq. Eyni zamanda, Kreml Rusiya prezidentinin xarici ölkələrə mümkün səfərləri ilə bağlı məlumatları hələlik təsdiqləməyib.
Bu yaxınlarda məlum olub ki, Vladimir Putin gələn həftə xüsusi hərbi əməliyyatın (XHƏ) əsgərləri ilə görüşəcək. Bundan əlavə, o, Prezident yanında Elm və Təhsil məsələləri üzrə Şuranın iclasını da keçirməyə hazırlaşır.