RUSİYA

Rusiya XİN-in Ermənistanın KTMT ilə bağlı addımına münasibət

İrəvan KTMT Nizamnaməsinə uyğun olaraq maliyyə öhdəliklərini özündə saxlayır.
Sputnik
BAKI, 10 iyun — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın KTMT büdcəsinə ödəniş etməkdən imtina etməsinə münasibət bildirib.
Rusiya XİN-dən bildirilib ki, İrəvanın büdcəyə ödənişlər üzrə borcları əvvəllər də olub.
"Ermənistan rəhbərliyinin hesablanmış ödənişi ödəməkdən imtina etməsini nəzərə alaraq, KTMT-nin cari il üçün büdcəsinə düzəlişlər etmək lazımdır, lakin “ödənişlərin yenidən bölüşdürülməsi”ndən söhbət getmir. Eyni zamanda, Moskva hesab edir ki, İrəvan KTMT Nizamnaməsinə uyğun olaraq maliyyə öhdəliklərini özündə saxlayır" - Rusiya XİN-dən verilən açıqlamada qeyd olunub.
Qeyd edək ki, Ermənistan KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcəyini açıqlayıb.