BAKI, 10 iyun — Sputnik. Rusiya ABŞ və onun NATO müttəfiqləri tərəfindən dəstəklənən və nəzarət edilən xalqları nasizm və faşizmdən azad edərək qlobal təhlükəsizlik uğrunda yenidən fəal mübarizə aparır.
Bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı (SPBİF) "RİA Novosti"yə müsahibəsində Nikaraqua prezidentinin investisiya məsələləri üzrə müşaviri Laureano Orteqa deyib.
Orteqa qeyd edib ki, Rusiya təhlükəsizlik və müdafiə sahəsində layihələr, o cümlədən Nikaraqua ilə əməkdaşlıq vasitəsilə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitliyə töhfə verir. Onun sözlərinə görə, Nikaraqua tarixən və Prezident Vladimir Putinin rəhbərliyi altında dünya xalqlarının təhlükəsizliyi üçün mübarizəni davam etdirən Rusiya ilə əməkdaşlığı ilə fəxr edir.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Ukraynada faşizmə qarşı böyük döyüş qlobal əhəmiyyət kəsb edir, çünki bu istiqamətdə bütün dünyada sülh uğrunda mübarizə gedir.
"Nikaraqua nasizm və faşizmə qarşı bu mübarizədə Rusiya ilə həmrəy olduğunu bildirir və onun böyük qələbəsinə ümid edir" - Laureano Orteqa sözünü yekunlaşdırıb.
Bundan əvvəl "Yabloko" partiyasının Primorye regional bölməsinin sədr müavini Marina Jeleznyakovaya qarşı nasizmin reabilitasiyasına görə cinayət işi açılıb.