RUSİYA

Rusiya Braziliya prezidentinin Kazandakı BRİKS sammitinə qatılacağına ümid edir - Lavrov

BRİKS sammiti 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək.
Sputnik
BAKI, 10 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov braziliyalı həmkarı Mauro Vieyra ilə danışıqlar zamanı Respublika prezidenti Lula da Silvanın 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcəyinə ümid etdiyini bildirib. Danışıqlar Nijni Novqoroddakı assosiasiya ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində aparılır.
Bu barədə Rusiya mediası xəbər verib.
Rusiyanın xarici işlər naziri qeyd edib ki, Moskva Braziliya ilə ikitərəfli münasibətlərin inkişafından məmnundur.
"Biz ümid edirik ki, prezident Lula da Silva Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək", Lavrov deyib.
Vieyra, öz növbəsində, səmimi qəbula görə Rusiya xarici işlər nazirinə təşəkkür edib və Nijni Novqorod haqqında "çox yaxşı şeylər" eşitdiyini əlavə edib. O, həmçinin Rusiya tərəfini iyunun 12-də qeyd olunan Rusiya Günü münasibəti ilə də təbrik edib.