HƏRBİ

"Qafqaz Qartalı - 2024": PUA ilə şərti düşmən mövqelərinə qəfil zərbə endirilib - VİDEO

Birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.
Sputnik
BAKI, 10 iyun — Sputnik. Azərbaycanda keçirilən "Qafqaz Qartalı - 2024" təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.
Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunub.
Bildirilib ki, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.
"Qafqaz Qartalı - 2024" təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur" - məlumatda vurğulanıb.