İQTİSADİYYAT

Azərbaycan və Rusiyanın baş nazirləri ticari-iqtisadi əməkdaşlığı müzakirə ediblər

Qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə iri birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Sputnik
BAKI, 10 iyun - Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədovla Rusiyanın Baş naziri Mixail Mişustin arasında telefon danışığı olub.
“Report” bu barədə Rusiya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Söhbət zamanı tərəflər ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
Bundan əlavə, qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə iri birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.