CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Ordusunun əsgəri naməlum şəraitdə itkin düşüb

Hərbi qulluqçunun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.
Sputnik
BAKI, 10 iyun - Sputnik. Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Hərbi qulluqçunun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.