Rusiyanın və Azərbaycanın məşhur müğənniləri SEA BREEZE Summer LIVE musiqi layihəsi çərçivəsində Bakıda Xəzər dənizinin sahilində çıxış ediblər.
Gecənin aparıcısı Kostya Bravo olub. Genişləndirilmiş fan zona tamaşaçılara öz sevimli sənətçilərinə daha yaxın olmağa imkan yaradıb. Konsertdən əvvəl qonaqlara fud-kortlarda atmosferli dj-seti və qastronomik təamlar təqdim olunub.
Konsertdə xalq artisti Emin Ağalarov, "RAAVA Music"in müğənniləri - Elman, Andro, Mona, Toni, həmçinin Bahh Tee & Turken, Anna Pletneva ("Vintaj" qrupu), Ellai, Murad Arif, Hiss və Azərbaycanın "Eurovision"dakı nümayəndələri Fahree və İlkin Dövlətov çıxış ediblər.
Konsertdən sonra atəşfəşanlıq təşkil olunub.
Qeyd edək ki, SEA BREEZE Summer LIVE musiqi layihəsi 2023-cü ildən Azərbaycanın xalq artisti Emin Ağalarov tərəfindən həyata keçirilir.